Qızını xarici görünüşünə görə pəncərədən atdı
    • Bu gün, 07:44
    • 413

Qızını xarici görünüşünə görə pəncərədən atdı


İrkutskda əcnəbi vətəndaş qızını xarici görünüşünə görə pəncərədən atıb.

News24.az "32gun.az"a istinadən xəbər verir ki, 17 yaşlı qızın xarici görünüşü atasını qəzəbləndirib. Ata qızla mübahisə zamanı onu tutub pəncərədən atıb.

Zərərçəkmiş 4-cü mərtəbədən yerə yıxılıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda kəllə-beyin travması alan yeniyetmə həkimlərin nəzarətindədir. Onun atası - Özbəkistan vətəndaşı saxlanılıb.