Psixoloji aclıq nədir? – Real aclıqdan fərqi
    • 24-01-2024, 20:30
    • 356

Psixoloji aclıq nədir? – Real aclıqdan fərqi

Həddən artıq artmış aclıq hissi normadan artıq yeməyə və maddələr mübadiləsinin pozulmasına, piylənməyə,kökəlməyə səbəb olur.

News24.az “Medicina”-a istinadla xəbər verir ki, endokrinoloq Yelena Palçenko çox zaman aşırı iştahın psixoloji olduğunu bildirib:

“Stress fonunda problemi ört-basdır etmək, “yemək” üçün insan əl altında olan bütün şirin və un məmulatına üz tutur, çünki şirniyyatla serotonin hormonu sintezi artır.

Bu şəkildə sadə karbohidratlar qana yüksək miqdarda qlükoza və insulin sıçramasına səbəb olur və insan belə yeməkdən 2 saat sonra artıq aclıq hiss edir.

Psixoloji aclığın sxemi belədir: stess-aclıq-şirniyyat-çox yemək-özünü günahlandırma-əhvalın düşməsi-daha çox şirniyyat. Və beləcə bitmək bilməyən dairə təkrarlanır.

Həqiqi aclıq qidalı maddələrin defisiti, orqanizmin qlükoza, zülal, amin turşusu, yağ tələbatıdır.

Normal aclıq hissi yeməkdən 4,5 saat sonra hiss olunmalıdır.

İnsan aclığı mədədə boşluq, sıyrılma hissi, qarında səs və zəifliklə hss edilir.

Həqiqi aclıq emosional və zehni işdən, idmandan və fiziki işdən sonra yarana bilər.

İştahın kəskin açılması üçün real fizioloji səbəb olmalıdır.

Psixoloji aclıq patolojidir, o daimi və müvəqqəti ola bilər.

Patoloji aclıq sadəcə beyində güclü aclıq və tez yemək istəyi, heç bir mədə-bağırsaq hissiyatı olmayan aclıqdır.

Psixoloji aclıq stresi yemək, həll etmək üçün orqanizmin müdafiə mexanizmidir.

Depressiyada olanlar, tənha insanlar, ayrılanlar bu aclığı hiss edə bilər.

Kompüter və televizor qarşısında çox oturanlar da bu aclığı hiss edə bilər.

Eləcə də diabet, qalxanvari vəz xəstəliyi, müəyyən dərmanlar qəbul edənlərdə də qəfil güclü aclıq hiss edir”.