Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb
    • 8-06-2022, 00:58
    • 373

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

“Buta Airways” aviaşirkətinin Bakı-Tbilisi marşrutu üzrə J2-9225 saylı reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ərazisində hava şəraitinin kəskin pisləşməsi (tufan) səbəbindən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

News24.az-a bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinə istinadən xəbər verir.

Təyyarə saat 23:19-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla yerə enib.

Şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra bu reysin sərnişinləri Tbilisiyə yola düşəcəklər.