Tatlısəs açıqladı: "Əkizlərdən birinin ürəyində problem var" - FOTO
    • 25-01-2024, 15:46
    • 695

Tatlısəs açıqladı: "Əkizlərdən birinin ürəyində problem var" - FOTO

Bu yaxınlarda nəvə sevinci yaşayan İbrahim Tatlısəs nəvələrindən birinin ürəyində problem olduğunu açıqlayıb və yaxınlarından dua istəyib.

News24.az bildirir ki, Tatlısəs  "Balaca Tatlısəsimiz üçün hər kəsdən dua diləyirəm... Əkizlərdən birinin ürəyində problem var. İnşallah balaca Tatlısəsin işi sizin dualarınızla asanlaşar. Dua edən hər kəsdən Allah razı olsun", - deyə paylaşımda qeyd edib. 

Qeyd edək ki, əkiz körpələr bu yaxınlarda dünyaya gəlib.  Əkizlərdən birinin adı  İbrahim Ayel , digərinin  adı Sinan Emirdir.

Nəzrin