Yayda karyerasını başa vura bilər
    • 25-01-2024, 22:30
    • 147

Yayda karyerasını başa vura bilər

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldo peşəkar futbolçu karyerasını nə qədər davam etdirəcəyini bilmədiyini etiraf edib. 

News24.az Lent.az-a istinadən bildirir ki, bununla belə, o, 2023/24 mövsümü başa çatdıqdan sonra meydanı tərk edə biləcəyini istisna etmir.

“Bu mövsümün sonunda karyeramı başa vura bilərəm, ya da daha iki-üç il oynaya bilərəm... Düzünü desəm, bilmirəm. Nə qədər ki, ağlım və bədənim yaxşı vəziyyətdədir və futbol oynamaqdan həzz alıram, davam edəcəm”, - futbolçu deyib.

Fevralın 5-də 2016-cı ilin Avropa çempionu və beşqat "Qızıl top"un sahibinin 39 yaşı tamam olacaq. Ronaldonun "Əl-Nəsr"lə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.