Göygöldə dəhşətli hadisə - Sərxoş şəxs öldü
    • 28-09-2022, 15:08
    • 247

Göygöldə dəhşətli hadisə - Sərxoş şəxs öldü

Göygöl rayonunda 49 yaşlı kişini avtomobil vurub.  

News24.az-ın məlumatına görə, hadisə dünən rayonun Aşıqlı kəndində qeydə alınıb. 

Vüqar İsmayılov idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Mahir Həsənovu vurub. Piyada dərhal xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. 

İlkin məlumata görə yolu keçən piyada M.Həsənov hadisə vaxtı sərxoş olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.