Pakistan: “İran bizə xəncər vursa, lazımı cavabı alacaq”
    • 26-01-2024, 13:58
    • 155

Pakistan: “İran bizə xəncər vursa, lazımı cavabı alacaq”

Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Munir İranın Pakistan ərazisinə son raket hücumlarına toxunub.

News24.az bildirir ki, baş qərargah rəisi çıxışı zamanı İran dövlətinə sərt xəbərdarlıq edib.

O bildirib ki, hər kəsə lazımi cavabını alacaq:

“Heç kəsə Pakistanın ərazi bütövlüyünü və suverenliyini pozmaq icazəsi verilməyəcək. Siz bizə xəncər vura bilməzsiniz, əgər bunu etsəniz, lazımı cavabı alacaqsınız!”.

Nəzrin