Pakistanla İran arasında gərginlik – MÜHARİBƏ BAŞLAYIR?
    • 18-01-2024, 11:28
    • 95

Pakistanla İran arasında gərginlik – MÜHARİBƏ BAŞLAYIR?

Pakistan prezidenti Ənvər ül-Haq Kakar Davosdakı səfərini yarıda dayandıraraq, ölkəsinə qayıdıb. 

News24.az “The News International”a istinadən xəbər verir ki, buna səbəb İranın ölkə ərazisinə raket zərbələri endirməsidir. 

İranın hava hücumu barədə məlumatı “Tasnim” Agentliyi yayıb. Əsas hədəfin “Ceyş əz-Zülm” terror qruplaşmasının mövqeləri olub. 

Pakistanın Xarici İşlər Nazirliyi baş verənləri pisləyib. Bu addım ölkənin ərazi bütövlüyünün pozulması kimi dəyərləndirilib. İranın addımlarına cavab olaraq, Pakistan aviasiyası adı çəkilən ölkənin bir neçə bölgəsinə hava reydləri həyata keçirib. 

Qeyd edilib ki, bu addım İranda özünə mövqe tutan terrorçu qruplaşmaların məhvi məqsədi daşıyır. 

Bir sıra ekspertlər iki ölkə arasında baş verənləri yeni müharibənin ilk qığılcımları kimi dəyərləndirib.

Fərid Azəri