Türkiyə və Britaniyanın xarici işlər nazirləri görüşdü
    • 26-01-2024, 17:00
    • 214

Türkiyə və Britaniyanın xarici işlər nazirləri görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə görüşüb.

News24.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“Xarici işlər naziri Hakan Fidan bu gün İstanbulda Böyük Britaniyanın xarici işlər naziri David Cameron ilə görüşüb. Xarici İşlər Nazirliyinin İstanbul ofisində keçirilən görüşdə regional məsələlər, xüsusilə də Qəzza zolağı, ikitərəfli münasibətlər müzakirə edilib”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, görüşdə tərəflər Qara dənizdə təhlükəsizlik məsələlərini də müzakirə edib

Görüşün təxminən 90 dəqiqə davam etdiyi bildirilir.

Mehriban Mirzəzadə