-
- 26-01-2024, 17:00
- 150
Ərdoğanın ABŞ-dan F-16 gözləntisi
Türkiyə İsveçin NATO-ya üzv olmaq istəyinin təsdiqlənməsindən sonra F-16 qırıcılarının satışı ilə bağlı ABŞ-ın növbəti addımını gözləyir.
News24.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Ərdoğan qeyd edib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu məsələ ilə bağlı amerikalı həmkarı, dövlət katibi Antoni Blinkenlə davamlı əlaqə saxlayır.
Türkiyə prezidenti ölkənin ABŞ-dan addımlar gözlədiyini vurğulayıb və əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, Amerika prezidenti Co Bayden Konqresdən F-16 təyyarələrinin Türkiyəyə satışını tez bir zamanda təsdiq etməyi xahiş edib. Qeyd olunur ki, 2021-ci ilin əvvəlindən Türkiyə hərbi donanmasını modernləşdirmək üçün 40 döyüş təyyarəsi və 79 dəst almağa çalışıb.
Mehriban Mirzəzadə