Ərdoğan İsveçin NATO-ya üzvlüyünə razıdır
    • 11-07-2023, 11:14
    • 296

Ərdoğan İsveçin NATO-ya üzvlüyünə razıdır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO üzvlüyü ilə bağlı təklifini ölkəsinin parlamentinə göndərməyə razılıq verib.

News24.az xəbər verir ki, bu barədə bazar ertəsi NATO-nun baş katibi Yens Stoltenberq Vilnüs sammiti ərəfəsində bildirib.

Stoltenberq qeyd edib ki, prezident Ərdoğan İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu ən qısa zamanda Türkiyə Böyük Millət Məclisinə göndərməyə və ratifikasiyanı təmin etmək üçün yaxından işləməyə razılaşıb.

Qumral