ABŞ Almaniyanı Kiyevə 7 milyard avro ayırmağa məcbur etdi - Zaxarova
    • 26-01-2024, 18:41
    • 129

ABŞ Almaniyanı Kiyevə 7 milyard avro ayırmağa məcbur etdi - Zaxarova

ABŞ Almaniyanı Ukraynanı maliyyələşdirmək üçün 7 milyard avro ayırmağa məcbur etdi. 

News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Almaniya öz fermerlərinin və digər vətəndaşlarının cibini boşaltmağa davam edərək, 2024-cü ildə Ukraynaya hərbi yardım üçün 7 milyard avro ayırmaq niyyətindədir", - Zaxarova qeyd edib.

Onun sözlərinə görə, xarici KİV-lər yazır ki, Almaniyanın nümayəndələri bununla bağlı digər Avropa ölkələrində onlardan nümunə götürməyi qətiyyətlə tövsiyə edirlər.

Mehriban Mirzəzadə