Lukaşenko Rusiyaya gəldi
    • 27-01-2024, 13:30
    • 155

Lukaşenko Rusiyaya gəldi

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfər edib.

News24.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Məlumata görə, dövlət başçısı Leninqradın faşist blokadasından azad edilməsinin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcək. Sankt-Peterburqda İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclası da keçiriləcək. Bundan əlavə, Belarus və Rusiyanın liderləri ikitərəfli danışıqlar aparacaqlar. 

Mehriban Mirzəzadə