Sabah Lukaşenko Putinlə görüşəcək
    • 11-04-2022, 23:45
    • 356

Sabah Lukaşenko Putinlə görüşəcək

Lukaşenko Rusiyaya işgüzar səfərə gedib.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun təyyarəsi Rusiyanın Uzaq Şərqinə gəlmək üçün havaya qalxıb.
Aprelin 12-də Rusiya Prezidenti Vladimir Putinlə görüş planlaşdırılır.

Onlar birlikdə Amur vilayətindəki Vostoçnıy kosmodromuna baş çəkəcək, orada raket buraxılışı kompleksinin tikintisi ilə tanış olacaq və danışıqlar aparacaqlar. /Apa.az/