-
- 27-01-2024, 18:30
- 232
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - SİYAHI
"Azərbaycanda dini adlar həmişə üstünlük təşkil edib. Həm sovet dövründə, həm də indi".
News24.az xəbər verir ki, bu fikirləri iqtisadçı, müstəqil tədqiqatçı Samir Əliyev deyib. Onun sözlərinə görə, yeni adlar getdikcə artsa da, dini adlarla rəqabət aparmaq gücündə deyillər:
"Oğlan adlarından yeganə olaraq Uğur adıdır ki, xeyli populyaşaraq son iki ildə, hətta "ən çox qoyulan ad" pilləsinə qalxıb. Əli, Yusif, Hüseyn və Ömər adları isə daim ilk beşlikdə olurlar. Qız uşaqlarında isə Türkiyə serialların təsiri altında "idxal" olunmuş yeni adların artması baş versə də, dini adlara rəqabətə uduzurlar. Məsələn, Zəhra adı son 5 ildə liderliyi qoruyur. Zeynəb və Məryəm adları isə ilk üçlükdədir".
Ekspert Bakı Araşdırmalar İnstitutunun infoqrafikasını bölüşərək son 5 ildə oğlan və qız uşaqlarına verilmiş və ilk 10-luqda olan adların yerdəyişməsini təqdim edib.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ildə doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. Oğlan adlarında sonrakı yerləri Uğur, Əli, Hüseyn, Ömər, Məhəmməd tutur.
2023-cü ildə qız uşaqlarına ən çox Zəhra adı verilib. Qız uşaqlarına ən çox qoyulan digər adlar Mələk, Nilay, Məryəm, İnci, Aylin olub. Son beş ildə də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq Zəhra və Yusif adları verilib. Son beş ildə 7954 qız uşağına Zəhra, 7746 uşağa isə Yusif adı qoyulub.