Rusiya MN: Belqorod vilayəti üzərində Ukrayna raketi vurulub
    • 28-01-2024, 09:18
    • 218

Rusiya MN: Belqorod vilayəti üzərində Ukrayna raketi vurulub


Rusiya hava hücumundan müdafiə sistemləri Rusiya ərazisinə növbəti hücum cəhdinin qarşısını alıb.

News24.az bildirir ki, hava hücumundan müdafiə qüvvələri bu dəfə Belqorod vilayəti üzərində səmada “Uraqan” raketini məhv edib.

“Kiyev rejiminin “Uraqan” reaktiv yaylım atəş sistemi ilə Rusiya Federasiyası ərazisindəki hədəflərə terror hücumu həyata keçirmək cəhdinin qarşısı alınıb. Raket Belqorod vilayətinin ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - Müdafiə Nazirliyi qeyd edib.