Göygöldə sərnişin avtobusu ağaca çırpıldı, 3 nəfər xəsarət aldı
    • 14-02-2021, 18:23
    • 496

Göygöldə sərnişin avtobusu ağaca çırpıldı, 3 nəfər xəsarət aldı

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan sərnişin avtobusu “Mercedes Sprinter” idarə etməni itirib. Nəticədə avtobus ağaca çırpılıb.

Qəza zamanı 1984-cü il təvəllüdlü Həsənov Tofiq, 1985-ci il təvəllüdlü  Bayramov Mehman və 1967-ci il təvəllüdlü Mirzəyev Cahid xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılardan sonuncunun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. /APA/