Zəlzələ zamanı qaz cihazlarına qarşı hansı tədbirləri görməliyik?
    • 29-01-2024, 16:28
    • 151

Zəlzələ zamanı qaz cihazlarına qarşı hansı tədbirləri görməliyik?

Təbii fəlakətlər hər an hər yerdə ola bilər. Zəlzələ də, ölkəmizdə hər an baş verə biləcək təbii fəlakətlərdən biridir. Psixoloji cəhətdən bu kimi hallara hazır olmaq lazımdır. İnsanların bir çoxu təbii fəlakət zamanı qaz cihazları ilə necə davranacağını bilmir.

Bəs zəlzələ anında qaz cihazlarına qarşı hansı tədbirlər görülməlidir?

News24.az bildirir ki, mövzu ilə bağlı Sfera.az-a danışan enerji məsələləri üzrə ekspert Emin Axundzadə bildirib ki, zəlzələ zamanı evdə olan qaz kəmərlərinin zədə alması mümkündür.

"Məhz bu baxımdan qaz cihazlarına və qaz kəmərlərinə qarşı xüsusi tədbirlər görülməlidir. Zəlzələ baş verən zaman, əsasən, olduğumuz məkanı tərk etməyə çalışırıq. Evi tərk etməzdən öncə evdə qazla işləyən bütün cihazları söndürmək lazımdır. Mənzilin girişində yerləşən qaz kranlarını da mütləq bağlamalıyıq. Əgər, həmin kranlar bağlanmasa, zəlzələ anı olan fəsadlardan sonra qaz sızması baş verə bilər”.

 Ekspert qeyd edib ki, zəlzələdən sonra həmin cihazları işə salarkən qaz iyinin olub-olmamasını yoxlamaq lazımdır.

“Bütün qapı-pəncərələri açıb, otağını havasını da dəyişmək vacib faktorlardan biridir”.