Bakıda hansı binalar zəlzələyə dözümlüdür?
    • 7-12-2023, 16:18
    • 231

Bakıda hansı binalar zəlzələyə dözümlüdür?

Bu gecə Bakı yaxınlığında, Xəzər Dənizində 5.6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində hər hansı tələfat baş verməsə də, paytaxt sakinləri arasında narahatlıq yaranıb. Xüsusən çoxmərtəbəli binalarda yaşayan sakinlər zəlzələdən ciddi narahatlıq yaşayıb. Güclü zəlzələ olacağı təqdirdə, sakinlər, sovet dönəmində tikilən binalardan fərqli olaraq, əsasən, yeni tikili binaların dağıla biləcəyini düşünür. Bəs, paytaxtda yerləşən yeni tikili - çoxmərtəbəli binalar neçə ballıq zəlzələyə davamlıdır?

Mövzu ilə bağlı News24.az-a danışan əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirdi ki, müstəqillik dövründə tikilən çoxmərtəbəli binalar 7 bala qədər dözümlüdür:

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev isə əlavə etdi ki, təbii fəlakətlərdən minimum zərər görmək üçün qabaqlayıcı tədbirlər görmək lazımdır:

Əgər çoxmərtəbəli bina layihədə göstərilən əsaslarla tikilibsə, tikinti norma və standartlarına riayət edilibsə, bu zaman heç bir təhlükədən söhbət gedə bilməz. Vətəndaşlar istər fərdi yaşayış evi alarkən, istərsə də çoxmərtəbəli binadan mənzil alarkən bu nüanslara diqqət yetirməlidirlər. Əgər vətəndaşlar evin hər hansı otağında dəyişiklik etməyibsə, əlavə tikili artırmayıbsa, beton arakəsmə sökülməyibsə, heç bir təhlükədən söhbət gedə bilməz".

Ekspert təhlükə anında görülməli olan tədbirlərdən də danışıb:

"Hər bir şəxs zəlzələ anında və ya digər fövqəladə hadisə zamanı nə etməli olduğunu bilməli, praktikada da bunu tətbiq etməlidir. İlk növbədə panikaya düşməmək lazımdır. Zəlzələ anında evdəsinizsə, öncədən müəyyən edilən yerdə - qapı arakəsmələrində, şkafın yanında təhlükəsiz yer seçib titrəyişin bitməsini gözləmək lazımdır. Əgər çöldəsinizsə, dağılma, uçma təhlükəsi olan yerlərdən qaçmaq lazımdır. Əsasən açıq sahədə gözləmək lazımdır. Əgər nəqliyyat vasitəsinin içərisindəsinizsə, avtomobili təhlükəsiz əraziyə çəkməlisiniz. Çoxmərtəbəli binanı tərk edərkən liftdən istifadə etməyin. Çünki zəlzələ anında elektrik enerjisi kəsilə bilər və köməksiz qala bilərsiz. Evdən çıxarkən işıq, su və qaz xətlərini bağlamaq lazımdır. Mənzilləri tərk etdikdən sonra isə açıq sahədə toplaşmaq lazımdır. Bəzən  sakinlər avtomobillərlə evi tərk edib yolu bağlayırlar. Bu zaman da təcili tibbi yardım köməyə gələ bilmir. Hər bir ailənin öncədən hazırlanan yardım çantası olmalıdır. Önəmli əşyalar əvvəlcədən içərisinə yığılmalıdır". 

Qumral Əliyeva