-
- 30-01-2024, 12:35
- 352
Region qan gölünə dönür: ABŞ İrana necə cavab verəcək?
Bir neçə gündür ki, İrana bağlı qruplar Yaxın Şərqdə ABŞ bazalarına hücumlar edir. ABŞ prezidenti Co Bayden dövlət rəsmiləri ilə iclas keçirərək İran və onun dəstəklədiyi qruplara qarşı çox sərt cavab veriləcəyini bildirib. ABŞ–də bir çox siyasətçilər, xüsusilə respublikaçı senatorlar Baydendən birbaşa İrana zərbələr endirməyi tələb edirlər. ABŞ İrana qarşı hansı addımlar atacaq ? Birbaşa hərbi müdaxilə gözlənilirmi?
Məsələ ilə bağlı News24.az saytının suallarını cavablandıran politoloq Elxan Şahinoğlu bildirib ki, Vaşinqton istənilən halda İrana bağlı qruplara hansısa formada cavab verəcək:
“ABŞ ya birbaşa həmən qrupların özlərinə, yada İranın özündəki bazalara cavab zərbələri endirəcək. Çünki bu baş verməsə Co Byadenin nüfuzu kəskin şəkildə aşağı düşəcək. Əslində İordaniyada ABŞ bazalarına endirilən zərbələr İranın özü üçündə ciddi təhlükə yaradır. İranın onsuzda qonşuları ilə münasibətləri gərgindir. İranın hazırda İraq və Pakistanla münasibətləri kifayət qədər gərgindir”.
SEPAH-ın İranın keçirdiyi hərbi əməliyyatlarda xarici dövlətlərlə münasibətlərə nə dərəcədə riayyət etdiyi barədə sualımıza isə politoloq belə açıqlama verdi:
"Görünür ki, SEPAH bu məsələdə dövlətlərarası münasibətləri gözləmir. Ancaq bu İrana çox ciddi probemlər yarada bilər. Əgər ABŞ İranın özünə zərbə endirməyə qərar versə, bu İranda ciddi təlatümlərə yol açacaq və İranın öz daxilində mərkəzdənqaçma meyillərini gücləndirəcək”.
Zeynal Əmirəliyev