İsrail - Fələstin müharibəsi nə qədər davam edəcək? - Politoloq AÇIQLADI
    • 10-10-2023, 18:30
    • 481

İsrail - Fələstin müharibəsi nə qədər davam edəcək? - Politoloq AÇIQLADI

"İsrail həm Suriya, həm də İrana zərbələr endirəcək".

News24.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, toqquşmalar uzun müddət davam edəcək:

"İsrail İrana zərbə endirəcəkmi? Son hadisələr fonunda ən çox səslənən suallardan biri budur. İsrail əvvəlcə HƏMAS ilə işi bitirməyə çalışacaq, sonrakı mərhələdə HƏMAS və Hizbullahı silahlandıran məntəqələri müəyyənləşdirib oraları vuracaq. Həmin məntəqələrin bir hissəsi Suriya, digərləri İran ərazisindədir. Deməli, İsrail həm Suriya, həm də İrana zərbələr endirəcək. Tehran bu zərbələri cavabsız qoymayacaq, müxtəlif dövlətlərdəki radikallar tərəfdarlarını İsrailə və israillilərə qarşı terror hücumlarına həvəsləndirəcək. Beləcə, toqquşmalar hələ uzun müddət davam edəcək. Bu müharibədə qalib olmayacaq, minlərlə itki və dağılan şəhərlər olacaq, beynəlxalq aləm isə yenə çarəsiz duruma düşəcək".

Qumral