İsrail 80-dən çox fələstinlinin cəsədini Qəzzaya qaytardı
    • 30-01-2024, 14:00
    • 263

İsrail 80-dən çox fələstinlinin cəsədini Qəzzaya qaytardı

İsrail 80-dən çox  fələstinlinin cəsədini Kerem Şalom keçidi vasitəsilə Qəzza zolağına köçürüb. 

News24.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“İsrail əvvəllər saxladığı 80-dən çox  fələstinlinin cəsədini Kerem Şalom keçid məntəqəsindən təhvil verib”, -məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən il dekabrın 26-da İsrailin 80 fələstinlinin cəsədini Qəzza zolağına qaytardığı xəbəri yayılmışdı. Əl-Cəzirə telekanalının məlumatına görə, onlar Rafah şəhərinin qərbindəki Tel əl-Sultan bölgəsindəki kütləvi məzarlıqda dəfn edilməli idi.

Mehriban Mirzəzadə