-
- 30-01-2024, 10:26
- 184
Hər gün bir israilli girov azad ediləcək - MÜHÜM ADDIM
İsrail Fələstinin radikal HƏMAS hərəkatı ilə potensial razılaşma çərçivəsində Qəzza zolağının əsas şəhərlərindən qoşunlarını çıxara bilər.
News24.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
“Həmas və İsrail arasında girovların və əsirlərin mübadiləsinə dair yeni sazişin birinci mərhələsinin təfərrüatları barədə razılıq var. Potensial razılaşmanın şərtlərinə görə, İsrail qoşunları Qəzza zolağının şəhərlərindən çıxaracaq və onları sərhəd məntəqələrində yerləşdirəcək” – deyə telekanal danışan mənbə bildirib.
Rrazılıq əldə olunarsa, HƏMAS yəhudi dövlətinin həbsxanalarında saxlanılan 30 fələstinlinin qarşılığında hər gün bir israilli girovu azad edəcək. Razılaşmanın üçüncü mərhələsi radikallar tərəfindən əsir götürülən israilli zabitlərin azad edilməsini əhatə edəcək. Kanalın həmsöhbətinin qeyd etdiyi kimi, HƏMAS Qəzza zolağının müharibədən sonrakı strukturu ilə bağlı ehtiyatlı çeviklik nümayiş etdirir.
Teymur Məmmədov