-
- 30-01-2024, 17:31
- 270
Putin 6 ildə nə qədər qazanıb?
Rusiya prezidentli Vladimir Putin 6 illik gəlirini açıqlayıb.
News24.az xəbər verir ki, hazırkı dövlət başçısının təqdim etdiyi bəyannamə Mərkəzi Seçki Komissiyasının (MSK) saytında dərc olunub.
Sənədə əsasən, 2017-ci ildən 2022-ci ilə qədər Putin 67,5 milyon rubldan çox qazanıb. O, gəlir mənbələrini əmək haqqı, hərbi təqaüd, bank əmanətləri və qiymətli kağızlar, habelə əmlak satışı kimi göstərib.
Prezidentin 54,4 milyon rubl dəyərində 10 bank hesabı və PJSC Bank Sankt-Peterburqun 230 səhmi var.
Prezidentin mülkləri arasında Sankt-Peterburqda sahəsi 77 kvadratmetr olan mənzil və 18 kvadratmetrlik qaraj da var. Putinin üç avtomobili var - 1960-cı ildə istehsal olunmuş QAZ M21, 1965-ci ildə istehsal olunmuş QAZ M21, 2009-cu ildə istehsal olunan "Niva" və 1987-ci ildə istehsal olunmuş "Skif" qoşqusu.