-
- 30-01-2024, 18:00
- 301
Dünyanın Donald Trumpa ehtiyacı var - Orban
Macarıstanın Baş naziri Viktor Orban Trampı “beynəlxalq sahədə ən uğurlu ABŞ prezidentİ” adlandırıb.
News24.az xəbər verir ki, bu barədə Orban Fransanın “Le Point” nəşrinə müsahibəsində danışıb.
“O, heç bir müharibə başlatmadı. O, Yaxın Şərq regionuna sülh, tarazlıq və məqbul həyat tərzi gətirmək üçün yeganə ciddi şans idi”, - Macarıstanın baş naziri bildirib.
Nazir qeyd edib ki, Donald Tramp 2022-ci ilin fevralında ABŞ prezidenti olsaydı, Avropada daha müharibə olmayacaqdı.
“Bu gün mən Avropada və ya Amerikada müharibəni dayandıracaq qədər güclü olan başqa bir lider görmürəm. Dünyanın Donald Trumpa ehtiyacı var”,-deyə nazir vurğulayıb.
Mehriban Mirzəzadə