Tramp səhv saldı:
    • 24-10-2023, 13:13
    • 130

Tramp səhv saldı: "Orban Türkiyənin lideri..."

 ABŞ-ın keçmiş prezidenti  Donald Tramp Macarıstanın baş naziri Viktor Orbanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla səhv salaraq onu Türkiyənin lideri adlandırıb.

News24.az xəbər verir ki, Nyu-Hempşirdə tərəfdarları qarşısında danışan Tramp əlavə edib ki, o, həm də “dünyanın ən güclü liderlərindən biridir”.

“Belə bir insan var, Viktor Orban, onun haqqında eşitmisinizmi? O, yəqin ki, dünyanın ən güclü liderlərindən biridir. O, Türkiyənin lideridir!”, -Ağ Evin keçmiş rəhbəri deyib.

Ayşən