Orban müharibəni dayandırmağın yolunu AÇIQLADI
    • 30-08-2023, 17:38
    • 242

Orban müharibəni dayandırmağın yolunu AÇIQLADI

“Biz Ukraynanın təhlükəsizliyini və suverenliyini təmin etmək üçün ruslarla yeni təhlükəsizlik arxitekturasına dair müqavilə bağlamalıyıq, amma NATO üzvlüyünə dair yox”.

News24.az  xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban deyib.

Orban Rusiya Prezidenti Vladimir Putinlə Ukraynanın yeni təhlükəsizlik arxitekturasına dair saziş bağlamağı təklif edib.

Orban Ukraynanın müharibəni uduzmaq yolunda olduğunu deyib.

Eyni zamanda o hesab edir ki, Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımın Ukraynaya qaytarılması qeyri-realdır. O, həmçinin bildirib ki, sülh üçün ən yaxşı şans ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyətə qayıdışı və Ukraynaya hərbi dəstəyin dayandırılmasıdır.

Ayşən