Türkiyənin ilk qadın rejissorlarından biri VƏFAT ETDİ
    • 30-01-2024, 20:00
    • 102

Türkiyənin ilk qadın rejissorlarından biri VƏFAT ETDİ

Türkiyəli rejissor, ssenarist və prodüser Birsen Kaya dünyasını dəyişib.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, Birsen Kaya Türkiyənin ilk qadın rejissorlarından biri olub.

Birsen Kaya 81 yaşında dünyasını dəyişib. Rejissor və prodüser Biket İlhan sənətçinin vəfatını açıqlayıb.

Biket İlhan açıqlamasında bunları deyib: "Macəra filmləri ilə tanınan ilk qadın rejissorlardan biri olan Birsen Kayanı itirdik. Kino həyatına Halit Refiqin assistenti kimi başlayıb və 15 filmə rejissorluq edib. Onunla ötən illərdə "Adana Qızıl Koza Film Festivalı"nda tanış olmuşduq. Mənə rejissorluq illərindən, çətin şəraitdə yaratdığı filmlərdən danışmışdı. Dəyərli dostumuzun məkanı cənnət olsun. Allah rəhmət eləsin".