![Tovuzda qızdırıcı partlayıb, xəsarət alan var](/uploads/posts/2024-01/65b902788023865b9027880239170662360877f6fbc8c0c5d14903a795ef189f13ec.webp)
-
- 30-01-2024, 23:04
- 180
Tovuzda qızdırıcı partlayıb, xəsarət alan var
Tovuzda evin hamamında qızdırıcı partlayıb.
News24.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. Hadisə nəticəsində kənd sakini 1996-cı il təvəllüdlü Aytəkin Abbasova bədənin 2-3 dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.