Bakıda avtomobil yolu keçən piyadanı vurub
    • 31-01-2024, 07:39
    • 241

Bakıda avtomobil yolu keçən piyadanı vurub


Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az bildirir ki, "Toyota Prius" markalı avtomobil yolu keçən 1981-ci il təvəllüdlü Əfəndiyev Mehman Yaqub oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.