Suraxanıda avtomobil 17 yaşlı gənci vurub
    • 31-07-2023, 08:07
    • 231

Suraxanıda avtomobil 17 yaşlı gənci vurub

Bakının Suraxanı rayonunda gənc piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az "Report"a istinadən xəbər verir ki, yolu keçən 2006-cı il təvəllüdlü Cavadov Kənan Taleh oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.