Bakıda 38 yaşlı qadını avtomobil vurub
    • 17-11-2022, 22:54
    • 399

Bakıda 38 yaşlı qadını avtomobil vurub

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil yolu keçən 1984-cü il təvəllüdlü Möhsümova Maya Ramazan qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır. /Report/