Azərbaycan əhalisi 3 ayda ərzağa  4472,1 milyon manat xərcləyib - STATİSTİKA
    • 16-04-2019, 11:45
    • 1 020

Azərbaycan əhalisi 3 ayda ərzağa 4472,1 milyon manat xərcləyib - STATİSTİKA

2019-cu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 8,8 milyard manata bərabər olub.

Statistika Komitəsinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumta görə, ticarət dövriyyəsinin 4472,1 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4371,0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-mart aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,4 faiz və 3,1 faiz artıb.

Hesabat rübündə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adlarıSatışdan gəlir, milyon manatla2018-ci ilin yanvar-mart aylarınanisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi8 843,1102,7
o cümlədən:
ərzaq məhsulları4 019,2 102,5
içkilər və tütün məmulatları  452,9101,3
toxuculuq məhsulları, geyim və ayaqqabılar1 563,8103,0
elektrik malları və mebellər525,7102,6
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları65,1102,9
əczaçılıq və tibbi mallar110,5103,5
avtomobil yanacağı493,2101,9
digər qeyri-ərzaq məhsulları     1 612,7103,6

Hesabat rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,5 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2019-cu ilin yanvar-mart aylarında istehlak məhsullarının dəyər ifadəsində 18,7 faizi ticarət müəssisələri, 48,9 faizi fərdi sahibkarlar tərəfindən, 32,4 faizi isə bazar və yarmarkalarda satılmışdır.   2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 30,8 faiz artıb, fərdi sahibkarlar üzrə 1,2 faiz, bazar və yarmarkalarda 3,5 faiz azalıb.

Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  298,7 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 9,5 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 151,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.