-
- 31-01-2024, 12:38
- 855
Tiktoker Ləman Ülviranı məhkəməyə verir
Tiktoker Ləman Vəliyeva aparıcı Ülvira Qarayevanı məhkəmə ilə hədələyib.
News24.az xəbər verir ki, Ləman sosial şəbəkədə canlı yayım açaraq Ülviraya ismarıc göndərib:
"Əziz aparıcı, demisiniz ki, uşağını döyür, görmüşəm. Əgər həmin video paylaşılmasa, uşağımın döyüldüyü sübut olunmasa, sizi məhkəməyə verəcəyəm. Təzminat alacağam. Aparıcı olmaq o demək deyil ki, veriliş açıb, haqqımda nə gəldi deyəsiniz".
Qeyd edək ki, Ülvira veriliş zamanı "Xanımın adını çəkmək istəmirəm, bu yaxınlarda hüquq mühafizə orqanları söhbətə cəlb etmişdilər, sonra da buraxmışdılar. Uşağını efirdə necə döyürdü" sözlərini deyib.