-
- 31-01-2024, 13:07
- 158
10 ilə taxtdan imtina edəcək
Kral III Çarlz 10 il ərzində Şahzadə Uilyamın xeyrinə taxt-tacdan imtina etməyi planlaşdırır.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu sarayın keçmiş işçisi Paul Burrell “New York Post” qəzetinə müsahibəsində iddia edib.
Burrell əmindir ki, bu yaxınlarda əməliyyat olunan 75 yaşlı III Çarlz hakimiyyəti böyük oğlu Uilyam və həyat yoldaşı Keyt Middltona ötürmək planı hazırlayıb.
Kralın başqa ölkələrdən olan həmkarlarının təcrübəsindən ilhamlandığı vurğulanıb.
Onlar artıq ölkəni idarə edə bilməyəcəklərini anlayanda hakimiyyəti qanuni varislərə ötürürlər.
Qeyd edək ki, bir ay əvvəl 83 yaşlı Danimarka kraliçası II Marqret bunu etdi və taxt-tacı oğluna təhvil verib.
Teymur Məmmədov