III Çarlz anasından qalan mirasa tək sahibləndi - Bacı və qardaşları ÜSYAN ETDİ
    • 13-03-2023, 11:20
    • 137

III Çarlz anasından qalan mirasa tək sahibləndi - Bacı və qardaşları ÜSYAN ETDİ

İngiltərə kralı III Çarlza 6 ay əvvəl vəfat edən anası Kraliça Elizabetdən qalan 600 milyon funt sterlinqlik mirasa tək sahiblənib.

News24.az
xəbər verir ki, onun bu addımı bacı və qardaçlarının qəzəbinə səbəb olub. 

Ehtimal olunur ki, Çarlz ölkədəki miras qanuna görə bunu edə bilib.

Qanuna əsasən III Çarlz həmin məbləğin miras vergisindən azad olduğu üçün qardaşlarına pay vermədən özü əldə edib. 

Kralın vergilər hesabına sərvətinin azalmasından qaçmaq üçün bu yolu seçdiyi bildirilir.

Saraya yaxın mənbələr bildiriblər ki, Çarlz hədiyyə adı ilə mirasdan pul köçürmək hüququna malik olsa da, o, bunu etməyib. 

Onun bunu etməməsi kraliçanın digər övladları Şahzadə Anna və Şahzadə Edvard arasında narazılığa səbəb olub.

Cinsi istismar iddiası səbəbilə krallıq vəzifəsindən uzaqlaşdırılan kraliçanın ortancıl oğlu Şahzadə Endrunun da bu səbəbdən qardaşı Çarlza qarşı hirsli olduğu iddia edilib. /CNN türk/

Teymur MƏMMƏDOV