Bakıda 82 yaşlı kişi evində ÖLÜ TAPILDI
    • 16-04-2019, 12:17
    • 940

Bakıda 82 yaşlı kişi evində ÖLÜ TAPILDI

Bakı şəhərinin Qaradağ rayonunda 82 yaşlı kişi öz evində ölü tapılıb. Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Abbasov Səfəralı Şəkəralı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.