Bakı sakini evində ÖLÜ TAPILDI
    • 20-04-2019, 14:37
    • 1 196

Bakı sakini evində ÖLÜ TAPILDI

71 yaşlı Bakı sakini öz evində ölü tapıldı. Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Hümbətova Enfira Hümbət qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.