Mənzildən qadın meyiti tapıldı - BAKIDA
    • 4-06-2019, 09:40
    • 1 503

Mənzildən qadın meyiti tapıldı - BAKIDA

Bakıda 82 yaşlı qadın evində ölü tapılıb.

News24.az
xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Qriqelis Nina Arqunovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.