-
- 31-01-2024, 16:10
- 154
Binəqədidə sudan qanunsuz istifadə edənlər aşkarlandı - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Binəqədi rayonunda sudan qanunsuz istifadə halları aşkarlayıb.
R TV xəbər verir ki, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində fəaliyyət göstərən kafedə içməli sudan qeyri-qanuni istifadə halı aşkarlanıb. Obyekt sahibi şəbəkəyə qoşularaq içməli su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edib. Həmin küçədə yerləşən dönər satışı obyektində də içməli sudan qanunsuz istifadə aşkar olunub. Sahibkar texniki şərt almadan və müqavilə bağlamadan özbaşına çəkilmiş xətt vasitəsilə obyekti içməli su ilə təmin edib.
Bununla yanaşı, Sumqayıt şossesi, döngə 1 ünvanında yerləşən kafe, ət kəsimi və meyvə-tərəvəz satışı obyektlərində qeyri-qanuni çəkilmiş su xəttindən istifadənin qarşısı alınıb. Binəqədi qəsəbəsi DSK yolu 1-ci mədən ərazisində fəaliyyət göstərən qum bazarında suyun talanması aşkar edilib. Həmin əraziyə yaxınlıqdan keçən su kəmərindən xətt çəkilərək sudan qanunsuz istifadə olunub.
Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.