ABŞ və Britaniya husilərin hədəflərinə zərbələr endirib
    • 31-01-2024, 22:11
    • 203

ABŞ və Britaniya husilərin hədəflərinə zərbələr endirib


Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın Silahlı Qüvvələri Yəməndə “Ənsar Allah” hərəkatının (husilər) hədəflərinə zərbələr endiriblər.

News24.az “Report”a istinadla xəbər verir ki, bu barədə husilərə məxsus “Əl-Masirah” telekanalı məlumat yayıb.

Belə ki, eyni adlı əyalətin inzibati mərkəzi olan Səada şəhərinin şimal ətrafı hücuma məruz qalıb.

Mümkün itkilər, xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.