İsrail Livan şəhərlərinə zərbələr endirdi
    • 6-01-2024, 21:21
    • 196

İsrail Livan şəhərlərinə zərbələr endirdi

İsrail qırıcıları Livanın Tir və Sayda şəhərləri yaxınlığındakı ərazilərə zərbələr endirib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“İsrail aviasiyası Livanın Tir şəhərinin cənubundakı Əl-Xəlilə zərbə endirib. İsrail hava qüvvələri həmçinin Sayda şəhərinin cənubundakı Qeysəriyə əs-Siyad və əl-Şərqiyyə bölgələri arasındakı əraziyə zərbələr endirib”, - deyə bildirilir.