-
- 1-02-2024, 11:00
- 170
Almaniyada bu səbəbdən 1100 aviareys ləğv edildi
Almaniyada fevralın 1-də təxminən 200 min sərnişinə təsir edəcək ən azı 1100 reys ləğv ediləcək.
News24.az xəbər verir ki, bu barədə Almaniyanın ADV Hava Limanları Assosiasiyası məlumat yayıb.
Məlmata görə, buna səbəb “Ver.di” həmkarlar ittifaqının təşkil etdiyi hava limanının təhlükəsizlik işçilərinin bir günlük xəbərdarlıq tətilidir.
Tətil ölkənin 11 hava limanında keçiriləcək: Frankfurt-Mayn, Hamburq, Berlin, Düsseldorf, Köln, Ştutqart, Bremen, Hannover, Leypsiq, Drezden və Erfurt. Tətil Münhen və Nürnberq hava limanlarına təsir etməyib, lakin yuxarıda qeyd olunan şəhərlərə bütün reyslər ləğv ediləcək.
Mehriban Mirzəzadə