Aqil Abbas:
    • 1-02-2024, 11:43
    • 350

Aqil Abbas: "Qoy hürsünlər"

Bizi sanksiya illə hədələyirlər. Sanksiyadan qorxmaq lazım deyil. 30 il sanksiyada olmuşuq. İrana 40 ildir sanksiya tətbiq edirlər, ancaq İran ballistik raketlərini də istehsal edir, silah da istehsal edir. Sanksiya tətbiq etdilər Müdafiə Sənayesi nazirliyi yaratdıq. Ancaq biz sanksiya tətbiq etsək çöldə qalarlar.

News24.az xəbər verir ki, bunu Milli Məclisin 2024-cü il yaz sessiyasının ilk iclasında millət vəkili  Aqil Abbas deyib.

Deputat Fransa prezidenti Emmanuel Makronun Azərbaycan dəvət edilməsini istəyib:

«İt hürər karvan keçər, qoy hürsünlər. Makronu Azərbaycana dəvət etsinləlr. Öz gözü ilə görsün. Biz nə kilsə dağıdanıq, nə də sinaqoq. Biz heç vaxt Allahın evinə əl uzarmarıq. Gəlib görsünlər işğaldan azad edilən ərazilərdə necə təmir edirik kilsələri. Ancaq mən deyərdim ki, təmir etmməyək. Özləri necə dağıtmışdısa, qoy elədə qalsın».

Qeyd edək ki, Niderland parlamentinin İkinci Palatasının Xarici əlaqələr komitəsinin yanvarın 18-də keçirilmiş iclasında Azərbaycanla bağlı qərəzli və tamamilə qəbuledilməz fikirlər səsləndirilib.

Qumral Əliyeva