-
- 1-02-2024, 20:33
- 230
Rusiyada deputat geyiminə görə danlandı
Rusiya Dövlət Dumasının vitse-spikeri İrina Yarovaya plenar iclasda tribunadan cins şalvarla çıxış etdiyi üçün “Yeni Xalq” partiyasından olan deputat Vladimir Plyakini danlayıb.
News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Moskva Şəhər İnformasiya Agentliyi məlumat yayıb.
“Hər kəsə dərin hörmətimlə, ancaq kürsüyə cins şalvarda çıxan spiker... Bağışlayın, bu, ümumiyyətlə, parlament etikasında yeni bir şeydir”, - Yarovaya bildirib.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu fikri dəstəkləyərək əlavə edib ki, deputat iş yerində öz seçicilərini və ölkəni təmsil edir.