Ərdoğanın andiçmə mərasimində Rusiyanı o təmsil edəcək
    • 31-05-2023, 18:13
    • 275

Ərdoğanın andiçmə mərasimində Rusiyanı o təmsil edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Rusiyanı Dövlət Dumasının sədri Vyaçeslav Volodin təmsil edəcək. 

News24.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov deyib.

“Bəli, Vyaçeslav Viktoroviç Volodin təmsil edəcək”, - deyə jurnalistin müvafiq sualına cavab verib.

Ərdoğanın andiçmə mərasiminin dəqiq tarixi hələ açıqlanmayıb. “Milliyet” qəzeti daha əvvəl mərasimin iyunun 2 və ya 6-da keçirilə biləcəyini yazıb.

Akqabay