Rəhman Orxan  vəfat etdi - FOTO
    • 2-02-2024, 07:28
    • 124

Rəhman Orxan vəfat etdi - FOTO

Əməkdar jurnalist, tanınmış ziyalı Rəhman Orxan dünyasını dəyişib. 

News24.az unikal.org-a istinadən xəbər verir ki, jurnalist uzun sürən xəstəlikdən sonra vəfat edib. 

Qeyd edək ki, Rəhman Orxan uzun illər "Vışka" qəzetinin xüsusi müxbiri işləyib. "Bakinets" qəzetinin təsisçisi və baş redaktoru olub.

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir neçə kitabın müəllifi və redaktorudur.

Prezident İlham Əliyevin 4 oktyabr 2016-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı verilib.