-
- 16-04-2019, 14:27
- 3 169
Elinanın intihar etdiyi məktəbin direktorunu Bu Cəza Gözləyir
162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasovanın cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məlumatlar yayılıb.
News24.az-ın məlumatına görə, S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur. Əgər günahı sübuta yetirilərsə məktəb direktorunu maksimum 5 ilədək həbs cəzası gözləyir.
Belə ki, 143-cü maddəyə əsasən təqsirkarın günahı sübuta yetirilərsə məhkəmə həmin şəxs barəsində min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə cəzası verə bilər.
314.2-ci maddə isə günahı sübuta yetirilmiş şəxs üçün iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.