Elinanın intiharında günahlandırılan Servinc Abbasovanın məhkəməsi keçirildi-jurnalistlər buraxılmadı
    • 12-09-2019, 10:40
    • 814

Elinanın intiharında günahlandırılan Servinc Abbasovanın məhkəməsi keçirildi-jurnalistlər buraxılmadı

Bu il aprelin 4-də təhsil aldığı 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasovanın bu gün məhkəməsi başlayır.

S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur. Hadisədən sonra Təhsil naziri Ceyhun Bayramovun əmri ilə məktəb direktoru, müavini və psixoloq işdən çıxarılıb. 

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.

Məhkəmə başlasa da, jurnalistlər zala buraxılmayıb. Qanunvericiliyə görə, məhkəmələrin hazırlıq iclası qapalı keçirilə bilməz. Ali Məhkəmənin sədri Ramiz Rzayev bir neçə dəfə bununla bağlı məhkəmələrə xəbərdarlıq etdiyini açıqlayıb. /qafqazinfo/