Bakıda azyaşlıları zorlayan şəxsin ŞOK ƏMƏLLƏRİ – 20-yə yaxın uşağın həyatını məhv etdi
    • 28-11-2019, 17:17
    • 1 191

Bakıda azyaşlıları zorlayan şəxsin ŞOK ƏMƏLLƏRİ – 20-yə yaxın uşağın həyatını məhv etdi

Bakıda azyaşlıları zorlayan şəxs barəsində açılmış cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.3.3-cü, yəni, zorlama - on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə təqsirləndirilən Ağayev Saleh Səlim oğlu barəsindəki iş Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. İş üzrə 20 nəfər zərərçəkən şəxs qismində tanınıb. Məhkəmə prosesi hakim Novruz Kərimovun sədrliyi ilə keçiriləcək. Günahı sübuta yetirilərsə S.Ağayevi on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edək ki, S.Ağayevin azyaşlı məktəbliləri zorlaması faktı üzə çıxarılandan sonra zərərçəkənlərin sayı artıb. Onun əməlləri barədə hələlik ətraflı informasiya yoxdur.